“Qəbələ” rəsmisindən etiraz: “AFFA-da başqa hakim yoxdur?”

Zaqatada oynanan və az öncə başa çatan “Simurq” – “Qəbələ” oyunundan qonaq komandanın rəsmiləri hakimlikdən şikayət ediblər.

Newsport.az-ın məlumatına görə, klubun meneceri Səbuhi Səfiyarlı baş hakim İnqilab Məmmədovun ard-arda onların oyunlarına təyinat aldığına görə etiraz edib.

“Mən başa düşmürəm, AFFA-da başqa hakim yoxdur ki, bununla üçüncü dəfədir ki, İnqilabı bizim oyuna verirlər? Gah dördüncü hakim  olur, gah baş hakim, gah da yan xətt hakimi. Bunu belə qoymayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right