"Avroliqa üçün mübarizə aparırıqsa..." – Çixradze

"Simurq"un baş məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyunu (2:0) şərh edib.

Newsport.az-ın məlumatına görə,  gürcü mütəxəssis vacib üç xal qazandıqlarını deyib:

"Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik".

O, ilk hissədə daha yaxşı oynadıqlarını bildirib:

"İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right