“Bu gün pis oynadıq. Amma qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki məğlubiyyət normaldı".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 21-ci turunda "Simurq"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, hədəflərinin yüksək olduğunu bildirib:
"Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq”.