“Neftçi”nin yeni transferi Mamadu Mbodj ölkəsinin mətbuatına bu keçidi barədə danışıb.
Newsport.az xəbər verir ki, seneqallı müdafiəçi "ağ-qaralar"ı seçməsinin səbəbini belə izah edib:
"Neftçi" ilə 2 illik müqavilə bağladım. Məqsədim burada özümü daha da inkişaf etdirməkdi. Yeni klubum mənə Litva çempionatından daha yüksək liqa ilə bağlı maraqlı layihə təqdim etdi. Hazırda Bakıdayam. Komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımaq üçün "Neftçi"nin düşərgəsində məşq edirəm".
Son klubu "Jalgiris" olan 25 yaşlı futbolçu Azərbaycan və Litva çempionatlarını da müqayisə edib: "Azərbaycan çempionatı Litva ilə müqayisədə daha populyardı. Böyük turnirlərdə oynamaq niyyətindəyik".
Qeyd edək ki, "Jalgiris”lə Litva çempionluğunu qazanan Mbodj müxtəlif illərdə "Dakar Sakre Kour” (Seneqal), "Srvena Zvezda” (Serbiya), "Napredak” (Serbiya) klublarında da çıxış edib. O, Seneqalın U-20 və U-23 milli komandalarında da oynayıb.