Sivakov Hüseynovla arasındakı gərginlikdən danışdı

"Ardıcıl iki oyunda məğlub olmaq ürəkaçan hal deyil. Ancaq komanda  əlindən gələni edir. Düşünürəm ki, müdafiədə heç bir problem yoxdur. Çünki "Qəbələ"nin yaxşı müdafiəçiləri var".

Bu sözləri Newsport.az-a  "Qəbələ"nin futbolçusu Mixail Sivakov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Simurq"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, yaxşı nəticələr əldə etmək üçün vaxta ehtiyacı olduqlarını söyləyib:

"Yeni ukraynalı futbolçular ola bilsin ki, komandaya tam uyğunlaşa bilməyiblər. Bizə vaxt lazımdır. İnanıram ki, növbəti oyunlarda qələbə qazanacağıq".

M.Sivakov qarşılaşmanın birinci hissəsində komanda yoldaşı Cavid Hüseynovla yaşadığı kiçik mübahisənin səbəbləri haqda da danışıb:

"Komanda yoldaşları arasında bu cür mübahisələr yaşana bilər. Ardıcıl iki matçda məğlub olurduq və bu da mübahisəyə səbəb oldu".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right