Qazaxistan "Aktobe" klubu yollarını ayırdığı braziliyalı futbolçu Reynaldo Silvanın yenidən "Qarabağ"da çıxış edəcəyini təsdiqləyib. Newsport.az xəbər verir ki, klubun rəsmi "Instagram" səhifəsi başa çatan müqaviləsi uzadılmayan 29 yaşlı hücumçunun 2 illik fasilədən sonra Ağdam komandasının formasını geyinəcəyini açıqlayıb.
Silvanın müqavilə üçün bugünlərdə Bakıya gələcəyi, imzalanacaq müqavilə müddətinin 2,5 illik olacağı göstərilib.
Qeyd edək ki, "Qarabağ"da 2013-16-cı illərdə çıxış edən, onun heyətində 2013/14 mövsümünün bombardiri olan Reynaldo bu ilin əvvəlində keçdiyi "Aktobe"də Qazaxıstan Premyer Liqasında 30 oyunda 7 qol vurub.