Avro-2020-nin seçmə mərhələsinin birinci turunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşib.
Newsport.az-ın Xorvatiya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, görüş Zaqrebdəki "Maksimir" stadionunda oynanılacaq. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü gələn il martın 21-i keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.