Ufuk Budak oynadı, “Boluspor” uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Budak 67-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Boluspor” hazırda 26 xalla 18 iştirakçı arasında beşinci pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right