"Düzgün oynaya bilmədik" - Roberto Bordiin

“Komanda çox yaxşı oynamadı. Bu matçı düzgün oynaya bilmədik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XIV turunda öz meydanında “Sumqayıt”la heç-heçə edib. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Bu dəfə alınmadı, hücumda çoxala bilmədik. Sona yaxın risklər etdik. Oyunun sonlarına yaxın qol vurmağa çalışdıq. Düzgün mövqelər tapa bilmədik, tapdıqda isə istifadə etməyi bacarmadıq”.

- Baqali Dabonun yoxluğu aşkar hiss olunurdu. Komandanıza fransalı forvard kimi hücumçu lazımdır. Siz belə düşünmürsünüz?

- Baqali Dabonun əvəzində Namiq Ələsgərova şans verdik, özünü yaxşı tərəfdən göstərdi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki, ilk pillədəyik. Yaxşı nəticə əldə etməyə çalışsaq da, alınmadı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right