"Səbail"də erkən ayrılıq

"Səbail” futbolçusu Edqar Paçeko ilə yollarını ayırıb.
 
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi Feysbuk səhifəsi xəbər yayıb.
 
Qarşılıqlı razılıq əsasında meksikalı yarımmüdafiəçinin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Futbolçuya azad agent statusu verilib. 
 
Qeyd edək ki, Meksika millisinin sabiq üzvü bu ilin avqust ayında "Səbail"ə cəlb olunmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right