Azərbaycan Çexiya, Norveç və San Marinoya rəqib oldu

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.
 
Newsport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupunda mübarizə aparacaq.
 
Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq. Qalib komandalar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right