"Bakı" və "Neftçi"nin futbolçuları AFFA-nın keçirdiyi turnirlərin qalibi oldu

AFFA-nın təşkilatçılığı ilə 10, 11, 12 və 13 yaş qrupuna daxil olan uşaqlardan təşkil olunmuş komandalar arasında keçirilən Klublarda Futbol Akademiyası turnirinə yekun vurulub.Turnirdə "Neftçi" və "Bakı" klublarının yetirmələri daha üstün olublar.

Belə ki, "Neftçi"nin U-10 və U-11 komandaları rəqiblərindən daha üstün olub. "Bakı"nın isə U-12 və U-13 komandaları çempion adını qazanıb.

Qeyd edək ki, bu klublarla yanaşı, "Sumqayıt", "Qarabağ", "Rəvan", AZAL və "Qəbələ" də müvafiq yaş qrupları üzrə komandaları ilə sözügedən turnirdə təmsil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right