"Neftçi" "Sumqayıt"la oyuna hazırlığa başladı

"Neftçi” Azərbaycan Premyer Liqasının XIV turunda qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığına start verib.

Newsport.az-ın məlumatına görə, "Sabah”la qarşılaşmadan (2:1) sonra ikigünlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ruslan Abışovun fərdi məşğul olub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi” – "Sumqayıt” oyunu dekabrın 9-da "Bakcell Arena”da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right