Çexiyada Gənclər Liqasında 17-ci turun qarşılaşmalarına start verilib. Newsport.az xəbər verir ki, 21 yaşlılardan milli komandamızın üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” doğma “divarlar arası”nda “Yablonets”i 4:2 hesabı ilə məğlub edib.
Start heyətində meydana çıxan yarımmüdafiəçimiz komandasının ilk qolunun müəllifi olub. Nəbiyev qarşılaşmanın 90-cı dəqəsində əvəzlənib.
Bu qələbə sayəsində “Slaviya” 20 komanda arasında 10-cu pillədə qərarlaşıb. Həmyerlimizə gəlincə, o, aktivində 11 qolla bombardirlər yarışında 2-ci göstəriciyə sahibdi.