Premyer Liqamızın 21-ci turunun iki oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, fevralın 11-də keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" və AZAL - "Qarabağ" matçı "İdman Azərbaycan" telekanalında nümayiş olunacaq.
Qeyd edək ki, AZAL - "Qarabağ" qarşılaşması saat 15:00-da, "Neftçi" - "Xəzər Lənkəran" oyunu isə saat 16:00-da başlayacaq.