Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 21-ci tura start verilib.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Simurq" öz meydanında "Qəbələ"ni qəbul edib. Oyun Zaqatala təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:1.
9 fevral
Əvəzedicilərin çempionatı, 21-ci tur
“Simurq” - “Qəbələ” - 3:1
Qollar: Vüsal İsgəndərov, 10 (1:0), Vadim Abdullayev, 16 (2:0), Kamran Həsənzadə, 39 (3:0), Qismət Alıyev, 59-pen (3:1)
Turnir cədvəli