"Bakı"nın su problemi həllini tapdı

"Bakı" klubunun təlim-məşq bazasına suyun verilməsində yaranan problem AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll olunub. Bu barədə klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bazada olduğu vaxt suyun kəsildiyi yerə baxış keçirib. Bundan sonra E.Məmmədov Azərbaycan Qolf Federasiyası rəhbərliyi ilə danışıqlar apararaq, suyun bazaya fasiləsiz axınını təmin etdirib. Klub rəsmisi problemin həllinə yardımçı olan AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, təlim-məşq bazasına gələn xəttin bağlanılması üzündən "Bakı" klubu "Qəbələ" ilə Premyer Liqanın XIX tur matçından öncə stadiona suyu maşınlarla daşıyıb (sportnet.az).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right