"Neftçi" Belqradda Heydər Əliyevin abidəsini ziyarət edib

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Partizan”la qarşılaşacaq “Neftçi”nin üzvləri dünən Belqradın “Taş meydanı” adlanan ərazisindəki parkda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Newsport.az-ın məlumatına görə, klub rəsmiləri, məşqçilər, futbolçular və onlarla birlikdə olan Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

 

Qeyd edək ki, Partizan - Neftçi oyunu Bakı vaxtı ilə sabah saat 23:15-də başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right