Riçard Almeyda Avropada hamını qabaqladı

UEFA Millətlər Liqasında qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb.

Newsport.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 454 dəqiq ötürmə ilə 1-ci, Qarayev 427 dəqiq ötürmə ilə 5-cidi.

1. Riçard Almeyda (Azərbaycan) - 454

2. Aleksandru Epureanu (Rumıniya) - 444

3. Nika Kvekveskiri (Gürcüstan) - 437

4. Serxio Ramos (İspaniya) - 433

5. Qara Qarayev (Azərbaycan) - 427

Liqada 6 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç turnirin ən sərrast oyunçusu olub. Ən məhsuldar komanda isə millimizlə eyni qrupda qərarlaşan və pley-offa yüksələn Kosovo yığması olub - 15.

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodu (5).

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı San Marino millisinin qolkiperi Elia Benedettinidi (41).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right