"Qarabağ"a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 20-ci turunda məğlub olduqları (1:4) "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyəli mütəxəsis çox təcrübəli komandaya qarşı oynadıqlarını bildirib: "Çox təcrübəli komandaya qarşı oynadıq. "Qarabağı" təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk".