"Çox vacib qələbə qazandıq" - Qurban Qurbanov

"Həm futbol, həm də azarkeşlərimiz üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin, bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunda qalib gəldikləri (4:1) "Bakı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəsis komandasının çox vacib qələbə qazandığını bildirib: "Çox vacib qələbə qazandıq. "Bakı" klubuna uğurlar arzulamaq istəyirəm. Qarşıda bizi ciddi bir sınaq gözləyir. AZAL son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sona kimi döyüşən komandadır. Onlara qarşı ciddi hazırlaşmalıyıq". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right