Elbrus Məmmədov: "Bu gün uduzduq, amma..."

"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "İnter"ə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
 
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşıdakı matçlarda qalib gələcəklərinə inandığını deyib:
 
"Məncə, oyun tamaşaçıların xoşuna gəldi. Mübarizə apardıq. Güclü rəqibə qarşı oynadıq. “İnter”i qələbə münasibəti ilə təbrik edirəm. Bəli, bu gün uduzduq, amma qələbəmiz də var. Bu, gənc oyunçuların təcrübə qazanmasıdır. Yaxın vaxtlarda 3 xal da qazanacağıq”. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right