Bu gün Azərbaycan Premyer Liqasının XX turuna yekun vurulacaq.
Son oyun günündə iki matç baş tutacaq.
Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ" 2015-ci ilin ilk rəsmi oyununa çıxacaq. Ağdam klubu öz meydanında autsayder "Bakı"nı qonaq edəcək.
Turun qapanış matçı Lənkəranda keçiriləcək. "Fırtınalar meydanı"nda "Xəzər Lənkəran" Sxadadzenin rəhbərlik etdiyi "İnter"i sınağa çəkəcək.
7 fevral (şənbə)
Azərbaycan Premyer Liqası, 20-ci tur
16:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu.
17:00. “Xəzər Lənkəran” – “İnter”
“Xəzər Lənkəran” mərkəzi stadionu.