"Heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündür"- Çixradze

Topaz Premyer Liqasının XX turunda keçirilən “Neftçi” – “Simurq” oyununda qapılara qol vurulmadı.

Newsport.az-ın məlumatına görə, “Simurq”un baş məşqçisi Georgi Çixradze matçdan sonra bunları deyib:

"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündür. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni  gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right