Roman Qriqorçuk: "Məğlubiyyət bizim üçün bir materialdır"

Azərbaycan Premyer Liqasının XX turunda AZAL-a məğlub olan “Qəbələ” turnir cədvəlindəki mövqeyini itirdi. 0-1 hesablı məğlubiyyətdən sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk düşüncələrini bölüşüb.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk matçı belə şərh edib:

“İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Nəticədən, oyundan narazıyam. Məğlub olduq. Məğlubiyyət bizim üçün bir materialdır. Mənim istədiyim bir plan, stil var. Bura intensiv hərəkətlər daxildir. Həmin proqramı futbolçuların orqanizmi qəbul etməldir. Vaxta ehtiyacımız var”.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right