Antalyada təlim-məşq toplanışında olan "Neftçala" Türkiyədə növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, birinci divizion təmsilçisi bu dəfə Türkiyənin "Manavqatspor" klubu ilə qarşılaşıb.
Oyun Kamal Quliyevin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn "Neftçala" ikinci yoxlama matçını da qələbə ilə başa vurub.
Qeyd edək ki, "Neftçala" ilk yoxlama görüşündə Almaniyanın "Viktoriya" klubuna 2:1 hesabı ilə qalib gəlib.