Millimizin "Avro-2017"dəki rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-ci qrupda mübarizə aparacaq. Millimizin rəqibləri Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları komandaları olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right