Hakimi söydü, ağır cəza aldı

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, iclasda müxtəlif liqalarda yaranmış neqativ hallara hüquqi qiymət verilib.
 
U-17 Liqasının “Neftçi” İK İB – “Xəzər Lənkəran” görüşünün 60-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan birincilərin futbolçusu Vaqif Ağadadaşov 4 oyunluq cəzalandırılıb.
 
U-13 Liqasının “Uğur Gii” (Ucar) – “Sabirabad” matçında ev sahiblərinin 2 oyunçusu cəzalandırılıb. 48-ci dəqiqədə komanda yoldaşını söyən “Uğur”un üzvü Musa Hacızadə 2 oyunluq cəzaya məruz qalıb. Həmin dəqiqədə digər futbolçu Xəyal Cahangirli aqressiv davranışa görə qırmızı vərəqə almışdı və o da qarşıdakı 2 matçı buraxacaq.
 
Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Avanqart” – “Star Karqo” görüşünün 24-cü dəqiqəsində hakimi təhqir edən ikincilərin oyunçusu Anar Məmmədov 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Həmin liqanın “Bibi-Heybət” – “Baku Fire-2” qarşılaşmasının 26-cı dəqiqəsində “Baku Fire-2”nin futzalçısı Fikrət Zeynallı hakimi təhqir etmişdi. O da eyni cəza ilə üzləşib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right