"Qarabağ"da qapıçılar arasında böyük rəqabət var" - Halldorsson

"Qarabağ"da qapıçılar arasında böyük rəqabət var. Bu da hamımızın xeyrinədir".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın islandiyalı qolkiper Hannes Halldorsson Millətlər Liqasında evdə İsveçrəyə uduzduqları oyundan sonra deyib. 34 yaşlı qapıçı "Qarabağ"da az oynamasının millidəki çıxışına təsir etmədiyini bildirib: "Az oynamağım millidəki çıxışıma təsir etmir. Artıq Millətlər Liqasında şansımız qalmayıb. Toparlanmalıyıq. Artıq uduzmağa alışırıq. Özümüzə gəlməli və uğurlu oyunlara davam etməliyik".

Qeyd edək ki, Halldorsson bu yay "Qarabağ"a keçib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right