Azərbaycan Premyer Liqasının 20-ci turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, fevralın 6-da keçiriləcək "Qəbələ" - AZAL (14:00) və "Neftçi" - "Simurq" (16:00) oyunları İdman Azərbaycan kanalının canlı efirində olacaq.
Fevralın 7-də keçiriləcək "Qarabağ" - "Bakı" oyunu isə yayımlanmayacaq. Həmin gün baş tutacaq "Xəzər Lənkəran" - "İnter" matçı 17:00-dan etibarən "Xəzər Lənkəran TV"də canlı yayımlanacaq.