AZAL üçün böyük şok

AZAL-ın futbolçusu Edu ciddi zədələnib.

Tam adı Eduardo Konseysao Masiel olan braziliyalı  oyunçu  XIX turda əvəzedici komandanın heyətində “Neftçi”yə qarşı görüşdə sıradan çıxıb. Həmin matçda hesabı açan Edu ikinci yarının əvvəlində meydanı xərəkdə tərk edib.

MRT müayinəsindən sonra onun sağ dizinin ön çarpaz bağlarında tam qopma aşkarlanıb. Bu isə braziliyalının mövsümü başa vurması deməkdir. Yaxın günlərdə Edu əməliyyat olunmaq üçün Türkiyəyə getməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right