"Keşlə" Divizionun liderini darmadağın etdi

Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Keşlə” də bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu Birinci Divizionun lideri MOİK-lə qarşılaşıb. 

“ASK Arena”da baş tutan oyunda Keşlə klubu Birinci Divizionun liderinə 5:1 hesabı ilə qalib gəlib. “Keşlə”nin heyətində Amil Yunanov dubla imza atıbsa, Azər Salahlı, Andre Klennon və Vaqif Cavadov hərəyə bir dəfə fərqləniblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right