2014-cü il arxada qalsa da geridə buraxdığımız illə bağlı tədbirlər davam edir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və nəzdindəki "Sportsman" jurnalının təsis etdiyi "Zəfər"yüksək idman nailiyyətləri layihəsində ötən ildə fəqlənənləri təltif ediblər. Ötən il Azərbaycan çempionu olan, Avrokubokda olduqca uğurlu çıxış edən "Qarabağ" da 2 nominasiyada fərqlənib. Artıq, 10 ildən çoxdur klubun vitse-prezidenti olan, `komandanın formalaşmasında qurduğu strategiya ilə böyük rol oynayan Tahir Gözəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub.
"Qarabağ" tədbirdə daha bir mükafat alıb. Komandanın geridə qalan ildə bir sıra müvəfəqiyyətlər əldə etməsi nəticəsiz qalmayıb. "Qarabağ" qurum tərəfindən "İlin idman klubu" mükafatını alıb.