Bakının "İnter" klubu növbəti transferini reallaşdırmaq üzrədi.
"Bankirlər" Serbiya millisinin sabiq futbolçusu Vojislav Stankoviçi heyətinə qatmağa hazırlaşır.
Uzun müddətdir ki, "Partizan"da forma geyinən 28 yaşlı müdafiəçi bu gün paytaxtımıza gələrək "İnter"lə müqavilə imzalaması gözlənilir.
Müqavilə müddəti iki illik nəzərdə tutulub.