Özil Bakıda yubiley oyununa çıxa bilər

Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ"la oyunu "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil üçün əlamətdar ola bilər.

Newsport.az xəbər verir ki, Türkiyə əsilli alman yarımmüdafiəçi Ağdam klubuna qarşı oynasa, bu, onun avrokuboklarda 100-cü qarşılaşması kimi tarixə keçəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də saat 20:55-də başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right