Milinkoviçin taleyinə Qəbələdə aydınlıq gələcək

Azərbaycan Premyer Liqasında geridə qalan 5 turdan sonra "Keşlə" cəmi 1 xal toplayıb.

Avropa Liqasının I təsnifat mərhələsində "Baltsan"la ilk oyundakı rüsvayçı məğlubiyyətdən sonra Yuri Maksimov komandadan qaçdı. Onun əvəzinə gətirilən Mladen Milinkoviçlə "Keşlə" istədiyi nəticələri qazana bilmir.

Newsport.az saytının məlumatına görə, məşqçiləri əlcək kimi dəyişən paytaxt klubu serbiyalı mütəxəssisə bir oyunluq şans verib. Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qəbələ" ilə səfər oyununda "Keşlə"nin uduzması 50 yaşlı çalışdırıcının istefasına səbəb olacaq.

Əgər bu, baş versə, onu komandanı daha yaxından tanıyan Zaur İsmayılov əvəzləyəcək.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right