Premyer Liqanın 20-ci turu çərçivəsində öz meydanında "Simurq"la qarşılaşacaq "Neftçi" bu oyuna itki ilə çıxacaq.
Newsport.az-a klubun mətbuat xodmətindən verilən məlumata görə, komandanın kapitanı Mirhüseyn Seyidov Zaqatala klubu ilə oyunda meydana çıxa bilməyəcək.
Yarımmüdafiəçi zədə səbəbindən bu çətin qarşılaşmada meydana çıxması sual altındadı.
Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da keçiriləcək.