"Qarabağ" "Zirə"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunu keçiriləcək.

Newsport.az saytının məlumatına görəölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edir.


Ağdam klubu qalib gələcəyi təqdirdə xalını 13-ə çatdıracaq və lider “Neftçi”yə şərik olacaq.

Qeyd edək ki, indiyədək 12 dəfə üz-üzə gələn bu komandaların oyununda 9 dəfə”Qarabağ” qalib gəlib, 3 dəfə isə heç-heçə qeydə alınıb.

26 sentyabr (çərşənbə)

20:00.“Qarabağ” – “Zirə” - 3:2 
Qollar: 
Filip Ozobiç, 28-pen (1:0), İnnosent Emeqara, 48 (2:0), Mirsahib Abbasov, 56 (2:1), 82 (2:2), İnnosent Emeqara, 85 (3:2) 
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov
“Azersun Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right