Antalya təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət verib.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi sabahdan Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları "Bakı" ilə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Bakı" oyunu fevralın 7-də keçiriləcək.