"Aslanlar" "hərbiçilər"i cavabsız qollarla məğlub etdi

"Rəvan” qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. "Sarı-qırmızılılar” 1-ci divizonda mübarizə aparan MOİK-lə qarşılaşıblar.
Salyan Olimpiya Kompleksinin stadionunda baş tutan duel baş məşqçi Ramil Əliyevin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Rəvan” hazırlıq dönəmində daha öncə 4 yoxlama oyunu keçirib. "Qaradağ Lökbatan”la bərabərə qalan (2:2) "aslanlar”, "Şahdağ”ı (4:1) məğlub edib. "Ağsu” ilə 2 dəfə üz-üzə gələn paytaxt klubu "Bayıl Arena”da rəqibini üstələdiyi halda (6:4), Ağsu şəhər stadionunda minimal hesabla uduzub (1:2).
Yoxlama oyunu
Rəvan - MOİK 2:0

Qollar: Amil Yunanov, 7; Əli Bağırov, 56





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right