"Xəzər Lənkəran" "İnter"lə oyunun hazırlıqlarına başlayıb.
Bu barədə newsport.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, zədəlilərdən Rasim Ramaldanov və İlqar Ələkbərov "bankirlər"ə oyuna qədər hazır olacaqlar. Adıçəkilən futbolçuların 20-ci turda "İnter"lə matçda meydana çıxmaları gözlənilir.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" oyunu fevralın 7-də keçiriləcək.