Kamran Ağayev: "Kayserispor"a keçdi

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev hazırda Türkiyədə səfərdədir.

 Newsport.az-ın verdiyi məlumata görə,futbolçunun tezliklə PTT 1-ci liqada mübarizə aparan klublardan biri ilə müqavilə bağlaması gözlənilir. 

Artıq Kamranın hansı komandaya keçəcəyi də bəllidir. Ağayevin azerisport.az saytına verdiyi məlumata görə, o, “Kayserispor”la anlaşıb:

“Hazırda Kayseridəyəm. Əgər hər şey normal getsə, bu gün “Kayserispor”la müqavilə imzalayacağam. Böyük ehtimalla müavilə mövsümün sonunadək olacaq".

“Kayserispor” hazırda PTT 1-ci liqanın lideridir.

***

Az əvvəl isə məlum olub ki, Kamran artıq "Kayserispor"la müqavilə də bağlayıb. Ağayev tibbi baışdan uğurla keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right