Nazim Süleymanov: "Hakim qərarları nəticəyə təsir etdi"

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm və Avropa Liqasında uğurlar arzu edirəm. Oyuna gəlincə, bu rəqiblə oynamaq çətindir və şərəflidir”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov deyib.

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda səfərdə “Qarabağ”a minimal hesabla məğlub olub. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Futbolçularım yaxşı keyfiyyətlərini ortaya qoydular, onlardan razıyam. İrəli baxmaq lazımdır”.

- Bu gün kifayət qədər əsəbi görünürsünüz. Bunun səbəbi nədir?

- Bu, məğlubiyyətlə bağlı deyil. Futbolçular əziyyət çəkir, güclərini ortaya qoyur. Hakim idarəçiliyi nəticəyə təsir etdi. Siz də gördünüz ki, penalti var idi.  Epizoda baxmağa ehtiyac yox idi, top rəqibin əlinə dəymişdi. Sadəcə, futbolçuların haqqın yemək düzgün deyil. Hakim futbolçuların çəkdiyi zəhməti yerə vurdu. 

- Yusif Nəbiyevin qırmızı vərəqə alması komandanı pis vəziyyətə qoydu. Ona hansısa cəza verəcəksiniz?

- Cəza olacaq.  Həmin epizodda əllə oynamaq olmazdı. Ona dedik ki, ehtiyalı olmalısan.

- “Sumqayıt” çempionatın ən intizamsız komandasıdır.  4 oyuna 3 qırmızı vərəqə almısınız. Bu, nə ilə bağlıdır?

- Bəli, bu, intizamsızlıq kimi görsənə bilər. Futbolçularım daha diqqətli olmalıdırlar.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right