“Qarabağ”ın qrup mərhələsindəki rəqibləri müəyyənləşdi!

Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının 2018/19 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 

Newsport.az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ”ın rəqiblərinin adına aydınlıq gəlib.  Üçüncü səbətdə yer alan təmsilçimiz “E” qrupuna düşüb. 

Qurban Qurbanovun komandasının qrupdakı rəqibləri “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və Ukraynanın "Vorskla" komandalarıdır.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right