"Keşlə"dən növbəti rəsmi transfer

"Keşlə" klubu növbəti transferini həyata keçirib.  

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi milli komandamızın sabiq üzvü, son olaraq "Səbail"də çıxış edən Ruslan Əmircanovu rənglərinə bağlayıb.  Bir müddətdi klubun düşərgəsində baxışda olan cinah müdafiəçisi baş məşqçi Mladen Milinkoviçin müsbət rəyini ala bilib. Onunla mövsümün sonuna qədər sözləşmə imzalanıb.   

Qeyd edək ki, 33 yaşlı futbolçu karyerası ərzində "Neftçi", "Karvan", "İnter" (İndiki "Keşlə") və "Qəbələ" kimi iddialı komandalarda çıxış edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right