Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına “Simurq”la qarşılaşma ilə start verəcək “Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq.
2004-cü ildə yaranan klub bu qarşılaşma ilə özünün 12-ci ilinə başlayacaq. Debüt ilinə avqustda start götürən komanda 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaq.
Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdür, bunlardan biri – 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan komanda yalnız iki dəfə ilk görüşdə uduzub.
|
07.08.2004
|
Çempionat
|
"Turan" - "Xəzər Lənkəran"
|
1:1
|
|
18.02.2005
|
Çempionat
|
"Şəfa" - "Xəzər Lənkəran"
|
-:+
|
|
12.02.2006
|
Çempionat
|
"Xəzər Lənkəran" - "Olimpik"
|
1:0
|
|
16.02.2007
|
Çempionat
|
"Neftçi" - "Xəzər Lənkəran"
|
1:0
|
|
19.01.2008
|
Birlik kuboku
|
"Xəzər Lənkəran" - "Kaunas" (Litva)
|
3:0
|
|
15.02.2009
|
Çempionat
|
"Xəzər Lənkəran" - "Karvan"
|
0:0
|
|
03.02.2010
|
Çempionat
|
"Xəzər Lənkəran" - "Standard"
|
0:0
|
|
13.02.2011
|
Çempionat
|
"Neftçi" - "Xəzər Lənkəran"
|
0:0
|
|
16.02.2012
|
Çempionat
|
"Xəzər Lənkəran" - AZAL
|
1:0
|
|
11.02.2013
|
Çempionat
|
"Xəzər Lənkəran" - "İnter"
|
2:3
|
|
01.02.2014
|
Çempionat
|
"Qarabağ" -" Xəzər Lənkəran"
|
0:1
|