Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinə yekun vurulub. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb.
Newsport.az-ın məlumatına görə, oyunun vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.