Fasilə bitdi, seyrə davam: "İnter" "Sumqayıt"a qarşı

Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün ikinci yarısına start veriləcək.

Bir aydan çoxdu yaranmış fasilədən sonra "Qarabağ" xaric bütün klublar meydana çıxacaqlar.
2015-ci ilin ilk fit səsi "İnter Arena"da eşidiləcək. Burada "İnter" "Sumqayıt"ı qonaq edəcək. Sxadadzenin yetirmələri üçün çempionluq yolunda 3 xal vacibdisə, Aqil Məmmədovun komandasının rəqibinə asanlıqla təslim olmayacağı da öncədən bəllidi.

19-cu turun digər qarşılaşmaları 31-1 fevralda keçiriləcək.

Topaz Premyer Liqası

19-cu tur

30 yanvar

16:00. “İnter” - “Sumqayıt”

Bakı. “İnter Arena”.

31 yanvar

15:00. AZAL - “Neftçi”

Bakı. “AZAL Arena”.

1 fevral

14:00. “Bakı” - “Qəbələ”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

17:00. “Simurq” - “Xəzər Lənkəran”

Zaqatala şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right