UEFA qərar verdi: Kosovo - Azərbaycan oyunu neytral meydanda keçiriləcək?

Azərbaycan millisi UEFA Millətlər Liqasında D Liqasının III qrupunda Farer adaları, Malta və Kosovo bir qrupda çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın Kosovo ilə səfərdə keçiriləcəyi oyunla bağlı UEFA qərar verib.

Belə ki, sözügedən qarşılaşmanın neytral meydanda keçirilməsi variantı var idi. Lakin UEFA matçın Kosovonun paytaxtı Priştinada baş tutacağı ilə bağlı qərar verib. Noyabrın 20-də keçirləcək qarşılaşma "Fadil Vokkri" stadionunda baş tutacaq.

Qeyd edək ki, millimiz Kosovonu sentyabrın 7-də qəbul edəcək. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right