"Simurq"dan növbəti transfer

"Simurq" Peşəkar İdman Klubu transfer çalışmalarını davam etdirir. Komanda bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb. Zaqatala təmsilçisi "İnter"dən icarə əsasında Mirzəağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi, "9" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, komanda transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right